Özbəkistanda qasırğa: Ölən və yaralananlar var
Güclü külək Özbəkistanın bir sıra şəhərlərində ciddi fəsadlara səbəb olub, ölən və yaralananlar var.
ARANTV.AZ xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, qasırğa Buxara şəhəri və ətraf ərazilərə daha çox ziyan vurub, nəticədə, bir nəfər həyatını itirib, 30-a yaxın insan xəsarət alıb.
Təbii fəlakət, əsasən, Buxara, Nəvai, Səmərqənd və Qaşqadərya vilayətinə daha çox ziyan vurub. 138 min evin qaz təchizatı dayandırılıb.Oxu.Az

