Dünya 

Rusiyada koronavirusa yoluxanların sayı 93 mini keçib

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqdadır.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 411 nəfər koronavirusa yoluxub, 73 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 93 558 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı isə 867 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 8 456 nəfər sağalıb, 84 235 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər