Dünya 

Fransada işsizlərin sayı rekord həddə çatıb

Fransa koronavirus pandemiyası fonunda mart ayında qeydiyyata alınan işsizlərin sayı rekord həddə çatıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, mart ayında Fransada işsizlik səviyyəsi fevral ayı ilə müqayisədə 7,1 faiz və ya 243 min nəfər artıb.

Bu, işsizlik qeydiyyatının aparıldığı 1996-cı ildən etibarən ən yüksək artımdır.

Ümumilikdə Fransada işsizlərin sayı təxminən 3,5 milyon nəfərə çatıb.

Ölkədə işsizlərin sayının artımı 2009-cu ilin martında qlobal maliyyə böhranı ilə əlaqədar qeydə alınan rekordu 3 dəfə üstələyib.

Daha çox xəbərlər