Dünya 

Qazaxıstanda 4 jurnalistdə koronavirus aşkarlanıb

Qazaxıstan indiyədək qeydə alınmış yoluxma hallarının sayı 3138-ə çatıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı Dövlət Komissiyası yanında fövqəladə vəziyyət rejiminin təmin edilməsi üzrə Operativ Qərargah yayıb. Qeyd olunub ki, ölkə üzrə COVID-19-dan sağalanların sayı 819 olub, son bir neçə gündə isə ölüm hadisəsi qeydə alınmayıb.

Qazaxıstanda koronavirus xəstələri ilə təmasda olan 4 jurnalistdə yoluxma halı təsdiqlənib.

Ölkənin baş dövlət sanitar həkimi Ayjan Yesmaqambetova Qazaxıstanda koronavirus infeksiyasının ikinci dalğasını gözlədiklərini bildirib.

Daha çox xəbərlər