Hadisə 

Azərbaycanda zəlzələ oldu

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Gəncə şəhəri və ətraf rayonlarda, habelə Zaqatala və Qaxda da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.

Daha çox xəbərlər