Bakıda qanlı dava – 22 yaşlı oğlanı ölümcül hala saldılar
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Sabunçu rayonunda qeydə alınıb.
Yeni Ramana qəsəbəsində 1998-ci il təvəllüdlü Həsənov Burhan Qabil oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun kürək nahiyəsində bir ədəd kəsilmiş-deşilmis bıçaq yarası aşkarlanıb. B.Həsənov cərrahi əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.(Report)

