Koronavirus bəlasının başladığı Çində yenidən vəhşi heyvan əti satılmağa başlayıb – Fotolar
Dünyanı cənginə alan koronavirus pandemiyasının başladığı Çində yenidən vəhşi heyvanların əti satılmağa başlayıb.
Belə ki, ölkənin Şenzen şəhərinin “Xihua Farmer’s Market” bazarında yenidən qurbağa və tısbağa əti satışa çıxarılıb. Halbuki mayın 1-dən etibarən ölkədə bu cür vəhşi heyvanların ətinin satışı qadağan olunmuşdu.
Adı çəkilən bazarda müştərilərin istəyi ilə canlı əqrəblərin də satılacağı bildirilir.
Xatırladaq ki, dünyanın bəlasına çevrilən koronavirusun Çinin Uhan şəhərindəki vəhşi heyvan əti satılan bazarda ortaya çıxdığı ehtimal olunur.


Musavat.com

