Hadisə 

“Azərbaycan Dəmir Yolları”na məxsus istirahət mərkəzində yanğın

Xaçmazda istirahət mərkəzində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rayonun Seyidli kəndində “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 800 m² olan ikimərtəbəli (hər mərtəbəsi 400 m²) yeməkxana binasının dam örtüyünün taxta atmaları və tavanı 400 m² sahədə, 2-ci mərtəbəsində plastik arakəsmələr və 100 m² sahəyə yığılan stol-stul yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Daha çox xəbərlər