Region Xəbərləri 

Naftalanda sakinlərə tibbi maska və əlcək paylandı – FOTOLAR

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparır, onları sosial izolyasiya qaydalarına riayət etməyə çağırırlar.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları bu ərazilərə xüsusi olaraq nəzarət edir. Vətəndaşlardan tibbi maskadan istifadə etmək, insanlarla təmas zamanı iki metrlik ara məsafəsini saxlamaq tövsiyə olunub. Bir çox vətəndaşlara tibbi maska və əlcək paylanıb.

 

Daha çox xəbərlər