Region Xəbərləri 

Ölkə Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət hər bir vətəndaş tərəfindən dəstəklənir.

Son bir neçə ayda verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edilib.

Mən də adi fermer kimi  korrupsiya  və rüşvətalma hallarını pisləyir, belə insanları elə Prezidentimizin dediyi kimi dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirirəm.Bu sözləri yevlaxlı fermer İsrayil Hüseynov deyib.
ARANTV.AZ xəbər verir ki, O bildirib ki, bu məmurlar dünyanı bürüyən qorxulu epidemiyadan minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti İlham Əliyevin siyasətinə qarşı insanlara yaraşmayan hərəkətlər etmişdirlər. İmkansız, ehtiyacı olan vətəndaşlara dəstək üçün aşılmış iş yerlərinin pulunu, verilən yardımları mənumsəyənlər ən ağır cəzaya layiqdirlər.
Onların bu hərəkəti dövlət qurumlarının gördüyü genişmiqyaslı işlərə də kölgə salır, dövlətin mənafeyinə ciddi zərbə vurur.
Fermer İsrayil Hüseynovümid etdiyini bildirib ki, ölkə başçisi tərəfindən Baş Prokuror vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizəni daha da ciddiləşdirəcək, etimadı doğrultmayan, işində nöqsanlara yol verən bəzi rəhbər vəzifəlilərin ifşa edilməsinə səbəb olacaqdır. Bu da ölkədə aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların öz bəhrəsini verəcək, Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcəkdir.
Bundan başqa Ölkəmizdə koronovirus infeksiyasının qarşısının alınması üçün hıyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda infeksiyanın yayılma faizi dünyanın inkişaf etmiş ölkələrindən də azdır.Bu Ölkə Rəhbərinin məqsədyönlü siyasətinin nəticəsidir.
Mən bütün bu həyata keçirilən  işlərə görə Ölkə Prezidenti Möhtərəm Cənab İlham Əliyevə təşəkkür edir, Onun həyata keçirdiyi tədbirləri dəstəklədiyimi bəyan edirəm.

Daha çox xəbərlər