ÜST xəbərdarlıq edir: ikinci dalğa olacaq
“Payızda koronavirusun ikinci dalğasına hazırlaşmalıyıq”. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib. “Biz ölkələrə müraciət edirik: Vəziyyət yaxşılaşır deyə, bunu bayram etmək vaxtı deyil, hazırlaşmaq vaxtıdır. Biz indi payıza hazırlaşmalıyıq!”, – deyə ÜST rəsmisi vurğulayıb. O qeyd edib ki, hazırda əksər Avropa ölkələrində koronavirusla bağlı vəziyyət yaxşılaşır.

