Salyanda qarğalar bostana hücum çəkdi – FOTO
Salyanda kənd təsərrüfatına ziyan dəyib.
ARANTV.AZ-ın məlumatına görə, rayonun Kürqaraqaşlı kəndində qarğalar qarpızları dəlmə-deşik edib.
Sakinlərin dediyinə görə, Kür çayının sahilində meşədə qarğa sürüsü bostanda yetişən qarpızları məhv ediblər.
Bostan sahibləri məhsulları qorumaq üçün qoruyucu partladıcılardan istifadə etmək məcburiyyətində qalırlar.
Oxu.Az

