Hadisə 

Bakıda şagird məktəbə gözyaşardıcı qaz buraxdı: zəhərlənənlər var

Bakıda şagirdlər gözyaşardıcı qazdan zəhərlənib.

ARANTV.AZ-ın trend-ə istinadən məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Xanməmmədov küçəsi 3, ünvanında 76 saylı tam orta məktəbdə baş verib.

Məktəbdən hadisə ilə bağlı Trend-ə bildiriblər ki, 6-cı sinif şagirdi məktəbə gözyaşardıcı qaz gətirib. Tənəffüs zamanı şagird qazı buraxıb, nəticədə bir neçə şagird qazdan zəhərlənib.

Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanları cəlb olunub.

Daha çox xəbərlər