Pakistanda son sutkada 5 minədək insan koronavirusa yoluxub
Son sutka ərzində Pakistanda COVID-19-a yoluxanların sayı 4951 nəfər artaraq, 178 min 617 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkədə koronavirusdan 119 xəstə dünyasını dəyişib. Bununla da ölənlərin sayı 3382 nəfər olub.
Son sutkada virusdan 4388 xəstə sağalıb, hazırda Pakistanın xəstəxanalarında 105 min 224 pasiyent var.

