Bakıda YANĞIN – Avtomobil şinləri alışdı
Bakıda yanğın olub.
ARANTV.AZ xəbər verir ki, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 8 C ünvanında istifadəyə yararsız avtomobil şinləri 25 m² sahədə yanıb.
Yaxınlıqdakı çoxmərtəbəli binanın 1-ci mərtəbəsində 2 otağın pəncərəsinin şüşələri çatlayıb, binanın üzlük hissəsi qismən qaralıb.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
milli.az

