Hadisə 

Bakıda ağır qəza: Yaralı var

Bakıda gecə saatlarında bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, hadisə Zərifə Əliyevanın adını daşıyan parkın yanında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədov İbrahim Əhməd oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb.

Ona başın yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.Report

Daha çox xəbərlər