Namiqin gecə vaxtı qəbiristanlığa apardığı məşhur: İkimiz də dəlisov oğlanıq – VİDEO
ATV telekanalında yayımlanan “10-dan sonra” verilişində aşıq Namiq Fərhadoğlu ilə əlbəyaxa olan Fəzail Miskinli “5/5”-də həmin olaydan danışıb.

ARANTV.AZ xəbər verir ki, aşıq aparıcı Zaurun “Namiqi qəbiristanlığa aparıb basdırmaq istəyirdin” sözlərindən sonra mövzu ilə bağlı yenidən açıqlama etmək məcburiyyətində qalıb:
“Allah şeytana lənət eləsin. O, məsələ qurtarıb. Münasibətimiz artıq normaldır. İkimiz də dəlisov oğlanıq”.
Xatırladaq ki, tanınmış aşıq Namiq Fərhadoğlunun ATV-də aşıq Fəzail Miskinli ilə davasından sonra “onu qəbiristanlığa aparıb, başa saldım” açıqlaması qarşı tərəfi qəzəbləndirmişdi.


