Sabirabadda DƏHŞƏT – 2 nəfəri öldürdü

Sabirabadda avtomobil iki piyadanı vurub.

Hadisə saat 12 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, “Mercedes” markalı minik maşını yolu keçən iki piyadanı vurub. Hər iki piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.(Report)