Əməliyyat olunan kral xəstəxanadan buraxıldı
Öd kisəsindən əməliyyat olunan Səudiyyə Ərəbistanı kralı Salman bin Abdel Aziz Al Saud Ər-Riyadda yerləşən Kral Feysəl Xəstəxanasından çıxarılıb.
ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Kral sarayı açıqlama yayıb.
Qeyd edək ki, öd kisəsi iltihabı diaqnozu qoyulan 84 yaşlı kral Salman iyulun 20-də tibbi müayinə üçün xəstəxanaya yerləşdirilmişdi.

