Bərdənin Məşədi İbişli kəndinə təbii qaz verilib
Bərdə rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Məşədi İbişli kəndi də əlavə olunub.
ARANTV.AZ xəbər verir ki, kəndin qazlaşdırılması məqsədilə ümumi uzunluğu 6 min metrə yaxın müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 60 evdə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılıb.
Kənddə qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.AZƏRTAC

