Tehranda partlayış: xəsarət alanlar var
Tehrandakı yaşayış binalarından birində yanğına səbəb olan partlayış baş verib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, məlumata əsasən, insident dördmərtəbəli evdə baş verib. Azı dörd nəfər xəsarət alıb.
Hadisə yerində xilasetmə işləri davam etdirilir. Partlayışın baş vermə səbəbi aydınlaşdırılır.

