Böyük Britaniyada koronavirusun yayılmasının qarşısını almaq üçün kütləvi testlər keçiriləcək
Böyük Britaniyada koronavirusun yayılmasının qarşısını almaq üçün kütləvi testlər keçiriləcək.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, ölkədə virusun yayılmasının qarşısının alınması və iqtisadiyyatı zərərsizləşdirən məhdudiyyətlərin aradan qaldırılması üçün genişmiqyaslı sınaq testlərinin keçirilməsi planlaşdırılır.
Səhiyyə naziri Met Hankok hökumətin daha sürətli və dərhal nəticələr verə biləcək testləri sınaqdan keçirdiyini və ilin sonuna kimi istifadəyə buraxılacağını bildirib.
Virusa görə sınaq testlərinin gecikdirilməsi bir çox yerlərdə narazılığa səbəb olub.
Xatırladaq ki, Böyük Britaniyada 335 min nəfər sınaqdan keçirilib.

