Dünya 

Almaniyada son sutkada koronavirusa yoluxanların sayı 2000-i keçib

Almaniyda yeni növ koronavirusa (COVID-19) günlük yoluxma sayı 2000-i keçib.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, son sutka ərzində Almaniyada koronavirusa 2034 yeni yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə indiyədək infeksiyaya yoluxanların ümumi sayı 232082-yə çatıb.

Son 24 saatda 7 ölüm halı baş verib və beləliklə, Almaniyada indiyə qədər koronavirusdan vəfat edənlərin ümumi sayı 9267 nəfərə çatıb.

Daha çox xəbərlər