Hadisə 

Qubada faciə: meyiti hamamda tapıldı

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

ARANTV.AZ xəbər verir ki, Quba şəhər sakini, 1985-ci il təvəllüdlü Əliyev Etibar Səməd oğlunun meyiti yaşadığı mənzilin hamam otağında aşkarlanıb. 33 yaşlı Etibarın hamamdan çıxmadığını görən yaxınları qapını qıraraq içəri daxil olublar və onu huşsuz vəziyyətə aşkarlayıblar. Məlum olub ki, E.Əliyev dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

publika.az

Daha çox xəbərlər