Dünya 

Cinsi əlaqədə olduğu qadını BALTALADI – 90 manata görə – VİDEO

Türkiyənin İstanbul şəhərinin Pendik rayonunda Türkmənistan vətəndaşı Annamuhammet Y. internetdə tanış olduğu və pul müqabilində cinsi əlaqəyə girdiyi türkmənistanlı Rozgül Rəcəbovanı başından baltalayaraq öldürüb.

ARANTV.AZ-ın verdiyi xəbərə görə, “Qəsdən adam öldürmə” ittihamı ilə tutulan cinayətkar ilk öncə 300 lirəyə (70 manat) razılaşdıqları halda, qadın 700 lirə (160 manat) istədiyi üçün cinayəti törətdiyini bildirib.

Annamuhammetin təxminən bir il öncə Türkiyəyə gəldiyi, Rozgül ilə isə bir neçə gün öncə tanışlıq saytlarından birində tanış olduğu vurğulanır.

Aralarında pul məsələsi üstündə mübahisə düşüb. Qadın 700 lira verilməsə, müdirinə və polisə xəbər verəcəyi ilə hədələyərək, kişinin qaldığı odun deposundakı konteynerdən getmək istəməyib və elə orada yuxuya gedib. Kişi onu yatan yerdə başından balta ilə vurub və yorğana bürüdüyü meyiti deponun yaxınlığına atıb.

BiG.AZ

Daha çox xəbərlər