Gündəm 

Azərbaycan məhsullarının Türkiyəyə ixracına dair müzakirələr aparılacaq

ARANTV.AZ  xəbər verir ki, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində daha bir addım atılıb.  İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə növbəti ixrac missiyası İstanbula təşkil olunub. Missiyaya qida, inşaat və tikinti materialları, mebel istehsalı, turizm, yüngül və kimya sənayesi sahələrində fəaliyyət göstərən 19 şirkət daxildir. Missiya çərçivəsində azərbaycanlı sahibkarlar türk iş adamları ilə ikitərəfli görüşlər keçirəcək, Azərbaycan məhsullarının Türkiyəyə ixracının genişləndirilməsinə dair müzakirələr aparacaqlar. İxrac missiyası oktyabrın 27-dək davam edəcək.

 

Daha çox xəbərlər