Dünya 

Türkmənistanda yoluxucu xəstəlikdən müalicədən imtina edənləri həbs edəcəklər

Türkmənistanda təhlükəli infeksiyalardan müalicə olunmaqdan imtinaya görə həbs cəzası nəzərdə tutulub.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, yoluxucu xəstəliyi olduğunu bilə-bilə xəstəxananı tərk edən və ya digərlərinin yoluxması təhlükəsini yaradan şəxs iki il müddətinə azadlıqdan məhrum edilə bilər.

Yoluxma insan ölümünə səbəb olacağı təqdirdə isə cəza müddəti 5 ilədək artırıla bilər.Qeyd edək ki, Türkmənistanda bu günədək koronavirus yoluxma barədə rəsmi məlumat verilməyib.

Daha çox xəbərlər