Həbsxanada 30 yaşlı məhbus öldü
Gəncədə təcridxanada məhbus ölüb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq Təcridxanasında cəza çəkən 1988-ci il təvəllüdlü Rüstəmov Orxan Rəşid oğlu ölüb.
O, yatağında ölmüş vəziyyətdə aşkarlanıb. O. Rüstəmovun hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

