Dünya 

Gürcüstanda koronavirusdan daha 44 nəfər öldü

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  342  yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  228 752 , ölənlərin sayı isə 2 572 nəfərə çatıb.

Virusa yoluxanlardan 217 973 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər