Azərbaycanda daha bir həkim COVID-19-dan vəfat etdi
Salyan rayonunda həkim COVID-19-dan dünyasını dəyişib.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu, 1950-ci il təvəllüdlü Ramazan Əhmədov koronavirusdan dünyasını dəyişib.
O, bir müddətdir Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş.

