40 yaşlı qadın su kanalında batdı

Biləsuvarda qadın su kanalında batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1981-ci il təvəllüdlü Şirinova Gülnarə Novruz qızının meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.