Dünya 

Eyfel qülləsi qaranlığa büründü – FOTO

Dekabrın 13-də Fransada Strasburq faciəsinin qurbanlarının xatirəsini anmaq məqsədilə Eyfel qülləsinin işıqları söndürülüb.

ARANTV.AZ xəbər verir ki, bu haqda Fransa paytaxtının meri Ann İdalqo öz “Twitter” hesabında məlumat yayıb.

Qurbanların xatirəsini anmaq və qohumlarına dəstək olmaq üçün qüllənin işıqları saat 00:00-da söndürülüb.

Anne Hidalgo

@Anne_Hidalgo

Nous éteindrons mercredi soir @LaTourEiffel à minuit, en hommage aux victimes de l’attaque survenue à et en soutien à leurs proches et à l’ensemble des Strasbourgeois.

489 people are talking about this

Xatırladaq ki, dekabrın 11-i, axşam saatlarında Strasburqda 29 yaşlı Şərif Şekat milad yarmarkasına toplaşanlara atəş açaraq, aradan çıxıb. Silahlı hücum nəticəsində üç nəfər ölüb, 13 nəfər yaralanıb. Şəhərin meri hadisənin terror aktı olduğunu təsdiqləyib.

Sonradan məlum olub ki, atəş açan şəxs əvvəllər məhkumluq həyatı yaşayıb və terrorda şübhəli bilinən şəxs kimi yerli təhlükəsizlik orqanlarının “radar”ında olub.oxu.az

Daha çox xəbərlər