ABŞ-ın şərq sahilboyunda qasırğa baş verib
ABŞ-ın qərb hissəsində və ölkənin mərkəzi hissəsindəki Qayalı dağlarda tüğyan edən dəyişkən hava və çovğundan sonra bazar günü şərq ştatlarında qasırğa baş verib.
ARANTV.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, qasırğa şimal-şərq ştatlarına, o cümlədən Virciniya, Merilend, Nyu-York və Şimali Karolina ştatlarına keçib. Bazar günü axşama doğru qasırğadan sonra hava sakitləşib və sulu qar yağmağa başlayıb. Nyu-Yorka 15-25 santimetr qalınlığında qar düşüb. Meteoroloqlar ehtimal edirlər ki, Yeni İngiltərə rayonunda qasırğa çərşənbə gününə – fevralın 3-dək davam edəcək.

