Bakı-Supsa və Bakı-Novorossiysk kəmərləri ilə ötən il nə qədər neft göndərilib?
Keçən il ölkədən 28,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Bildirilir ki, əvvəlki illə müqayisədə təqribən 2,9 milyon ton, yəni 9,2 faiz az neft ixrac olunub.
Neftin 22,9 milyon tonu konsorsium, 0,7 milyon tonu SOCAR-dan olmaqla Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə, 0,6 milyon tonu SOCAR-dan olmaqla Bakı-Novorossiysk kəməri, 4,2 milyon tonu isə konsorsimun olmaqla Bakı-Supsa kəməri ilə ixraca göndərilib.

