Gündəm Region Xəbərləri 

Bərdə rayonunda bayram qabağı bazar və marketlərdə vəziyyət-VİDEO

Sabah çərşənbələrin sonuncusunu – torpaq çərşənbəsini qeyd edəcəyik. El arasında ilaxır çərşənbə sınanmış olduğundan xalq tərəfindən təntənə ilə qeyd edilir. Həmin gün plov dəmləyib, əsl bayram süfrəsi açırıq. Camaatın çoxu ilaxır çərşənbədən bir-iki gün əvvəl hazırlıq edir, bayrama tədarük görür. İlaxır çərşənbədə və qarşıdan gələn Novruz bayramında zəngin süfrə açıb, ailəliklə təzə ili qarşılamaq demək olar ki, hər kəsin arzusudur. Amma bu arzunu gerçəkləşdirmək hər ailəyə asan başa gəlməyəcək.
Çünki bayramın yaxınlaşmasından sui-istifadə edən bəzi “işbazlar”  “ənənələrinə” sadiq qalaraq qiymətləri kəllə-çarxa qaldırıblar. Bayram qabağı bazarlıq etmək üçün hamı bazara üz tutur,bazarda demək olar ki hər növ kənd təsərrüfatı məhsullarına rast gəlmək mümkündür.Piştaxtalarda insanın zövqünə oxşayan növ növ meyvə tərəvəzlər alıcıları gözlüyür.Qiymətlərdə bayram öncəsi gözə çarpacaq dərəcədə artım müşahidə olunur.

Bərdə bazarlarında apardığımız müşahidələr zamanı məlum olub ki, bayramqabağı əksər malların qiymətləri 20-40 qəpik civarında bahalaşıb.

Bazarda meyvələrin qiyməti növünə görə fərqlidir:

 

Alma: Qiymətlər 1manat 50 qəpikdən3, manatadək dəyişir.

Nar: 2 manat – 2 manat 50qəpik

Portağal: 2 manat 20 qəpik – 2 manat 50 qəpik.

Mandarin: 2manat 50 qəpik – 3 manat.

Heyva: 1 manat 50 qəpik – 2 manat

Armud: 2manat 50 qəpikdən 5 manata

 

Bayram süfrəsi üçün alış-verişlə bağlı qiymətlərlə tanış olmaq üçün marketlərə baş çəkdik. Misal üçün, Bərdə rayonunda iri marketlərin birində olduq ərzaq məhsullarının qiymətlərində artım müşahidə etsəkdə bəzi ərzaq məhsullarında endirimlərdə gördük.

Qozun bir kiloqramı: 68 manat.

Fındıq: 7-9 manat.

Ərik: 8, 12, 17 manat.

Gavalı: 6, 8 manat.

Qoz ləpəsi – 15, 20, 25,35 manat.

Quru alça: 5-6 manat arası.

Qiymətlərin artması alıcılarla  bərabər satıcılarada öz təsirini göstərir.

Ət məhsullarında artım müşahidə olunmasa da tərəvəz məhsullarının qiyməti artıb.

Süfrələrinizin bol bazarlıgınızın bərəkətli olması arzusu ilə Vüsal rafoqoğlu,Rauf Qarabağlı aran xeber

Daha çox xəbərlər