İdman 

“Mançester Siti”dən inamlı qələbə – VİDEO

İngiltərə çempionatının 22-ci turunun son oyununda “Mançester Siti” doğma meydanda “Vulverhempton”a qalib gəlib.

ARANTV.AZ-ın xəbərinə görə, qarşılaşma 3:0 hesabı ilə başa çatıb.

Şəhərlilərin heyətində Qabriel Jesus dubla imza atıb (10 və 39-cu dəqiqələrdə), daha bir qolu isə 78-ci dəqiqədə Konor Kodi öz qapısına vurub.

Bu qələbə ilə xallarının sayını 53-ə çatdıran Xosep Qvardiolanın yetirmələri turnir cədvəlində ikinci yerini möhkəmlədiblər. İlk pillədə isə 57 xalla “Liverpul” qərarlaşıb.

oxu.az

Daha çox xəbərlər