Samuxda kişi özünü qarağac ağacından asıb
Samuxda intihar hadisəsi olub.
ARANTV.AZ-ın məlumatına görə, hadisə Samux rayonunun Ağasıbəyli kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 1973-cü il təvəllüdlü Hüseynov Bəxtiyar Həmid oğlu yanvar ayının 14-də axşam saatlarında kəndin inzibati ərazisindəki örüş sahəsində özünü qarağac ağacından asaraq intihar edib.
Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.oxu.az

