Maraqlı 

Bal arıları koronavirusu aşkar edə bilərmi?

Hollandiyalı elm adamları, koronavirusun aşkarlanmasında bal arılarını öyrətməyi bacardıqlarını açıqlayıblar.

ARANTV.AZ  xəbər verir ki,qoxu duyğusu və xüsusi hazırlıqlar sayəsində partlayıcı və narkotik maddələri müəyyən etdikləri  bilinən bal arılarının koronavirusu aşkar etmək üçün də istifadə edilə biləcəyi ifadə edilib. Hollandiyalı elm adamları, bu arıların koronavirus aşkar etməkdə də uğurlu olduqlarını açıqlayıb. Wageningen Universitetində araşdırma aparan qrupa görə, bu metod koronavirus testlərinin nəticələrini günlərdən saniyələrə endirə bilər.

CNN Türk-də yayımlanan xəbərə görə, mövzu ilə bağlı açıqlama verən alim bunları söyləyib: “Arıları bölgədəki bal arıçılarından topladıq və bu cihaza qoyduq. Onlara müsbət və mənfi koronavirus nümunələri verdik. Hər müsbət nümunədən sonra şəkər suyu verdik. Beləliklə, arılar hər müsbət nümunədən sonra dillərini çıxardı. Bu metod faydalı ola bilər. Ancaq bu cihazdan istehsal etməliyik. Sonra sistem tez işləyəcək.”

Daha çox xəbərlər