Dünya 

ÜST rəhbəri peyvənd vurdurdu – FOTO

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adan Qebreyesus yeni növ koronavirusa qarşı peyvənd vurdurub.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə ÜST əhbəri özünün “Twitter” hesabında bəyan edib.

“Bu gün COVID-19-a qarşı peyvənd vurdurmaq mənim növbəm idi” – deyə o bildirib.

Bununla belə, Qebreyesus hansı peyvəndlə vaksinasiyadan keçdiyini açıqlamayıb.

ÜST rəhbəri həmçinin peyvəndlərin bütün bölgələrə çatdırılmasının vacibliyini vurğulayıb. O, vaksinin mövcud olduğu ölkələrin bütün sakinlərini bu prosedurdan keçməyə çağırıb.

 

Daha çox xəbərlər