Dünya 

Orxan Camalın qətl sifarişi buradan verilib – Eydman

Orxan Camal və digər iki rus jurnalist fəaliyyətini araşdırdıqları “Vaqner” özəl hərbi şirkətin muzdluları tərəfindən qətlə yetirilib.

ARANTV.AZ xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı sosioloq İqor Eydman paylaşıb.

“Əslində, Rusiyada heç bir özəl hərbi şirkət yoxdur və qanunla ola da bilməz. Bu brend adı altında dünyada Rusiyanın apardığı hibrid müharibədə iştirak edən xüsusi təyinatlı qüvvələr toplanır. Bu qətllə jurnalistlərə və siyasətçilərə girilməsinə izn verilmədiyi qırmız xətt göstərildi. Korrupsiya, Medvedyevlər və Şuvalovlar haqqında hələ də çarxlar çəkmək olar. Lakin hibrid müharibəsinin ön cəbhəsində iştirak edənləri araşdırmaq olmaz, əks təqdirdə ölüm cəzası var. Hibrid müharibəsi hazırda Kreml üçün əsas prioritetdir”, – o bildirib.axar.az

Daha çox xəbərlər

Leave a Comment