Bakıda piyadanı avtomobil vurub
Paytaxtın Nizami rayonunda qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, yol qəzası Heydər Əliyev prospektində baş verib.
1983-cü il təvəllüdlü Həsənova Fazilə Fazil qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

