Dünya 

Gürcüstanda koronavirusa yoluxanların sayı 350 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1023 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 350 428, xəstəlikdən ölənlərin sayı isə 4 951 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 335 029 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər