SON DƏQİQƏ: Dəməşqdə Rusiya səfirliyində partlayış
Suriyanın paytaxtı Dəməşqdə Rusiyanın səfirliyi ərazisində partlayış baş verib.
ARANTV.AZ xəbər verir ki, bu haqda Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.
SANA-nın məlumatına görə, maşınlardan birinə qoyulmuş əldəqayırma partlayıcı qurğu partlayışa səbəb olub. Partlayışdan heç kim zərər çəkməyib. Hadisənin başqa təfərrüatları açıqlanmır.publika.az

