Dünya 

İtaliyada helikopterlə təyyarə havada toqquşdu — FOTO / VİDEO

İtaliyanın şimalındakı Alp dağlarının olduğu ərazidə helikopterlə təyyarə toqquşub.

ARANTV.AZ  xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Hadisə Valle de Aosta bölgəsində olub. Alp dağlarından Rutorun üzərində uçan kiçik özəl təyyarə ilə helikopter havada toqquşub. Qəza 5 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnib.

Qəzanı görən ərazidəki alpinistlər yerli qurumlara xəbər veriblər. Əraziyə təcili yardım helikopterləri göndərilib.


Ölkə.Az

Daha çox xəbərlər