Son 84 ilin ən yüksək temperaturu qeydə alındı – Əhali köçürülür
Kanadanın qərbində son 84 ilin ən yüksək temperaturu qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, Britaniya Kolumbiyası əyalətində 46 dərəcə isti olub. Sonuncu dəfə bölgədə ən yüksək temperatur 1937-ci ildə 45 dərəcə olub. Yüksək temperatur səbəbilə dağlardakı qarlar sürətlə əriməyə başlayıb. Bu isə sel təhlükəsi yaradıb. Yerli dairələr yüzlərlə sakini təxliyə edib./Metbuat.az

