Gündəm 

bp Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqladı

2020-ci ilin sonunda Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmi 7 milyard barel və ya 1 milyard ton təşkil edib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bp-nin qiymətləndirməsinə əsasən, dünyada təsdiq olunmuş neft ehtiyatlarının 0,4 faizi Azərbaycanın payına düşüb.

Azərbaycanda 2000-ci ilin sonuda təsdiq olunmuş neft ehtiyatlarının həcmi 1,2 milyard barel səviyyəsində qiymətləndirilirdi. 2010-cu ildən başlayaraq ehtiyatların həcmi 7 milyard barel həcmində sabitləşib.

Ümumilikdə, bp dünyada təsdiq olunmuş neft ehtiyatlarının həcminin 2020-ci ildə 1732,4 trilyon barel həcmində olduğunu bildirib. 2019-cu ildə bu rəqəm 1732,4 trilyon barel təşkil etmişdi.

Dünya neft ehtiyatlarının 85 faizi İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olmayan ölkələrin, 15 faizi İƏİT ölkələrinin, 70,1 faizi OPEC ölkələrinin, 29,9 faizi OPEC-ə daxil olmayan ölkələrin, 0,1 faizi Avropa İttifaqının payına düşür

Daha çox xəbərlər