Region Xəbərləri 

Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqı azaldılır

ARANTV.AZ xəbər verir ki, ötən ilin  sonunda istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət qrafiki və gediş haqqına bəzi dəyişiklər olunacaq. Fevralın 4-dən etibarən sərnişinlər qatarın xidmətindən yeni tariflə istifadə edəcəklər.

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Gəncə sürət qatarının hərəkət qrafikini və gediş haqqını dəyişir. Məqsəd isə bu nəqliyyat vasitəsinə daha çox sərnişinin cəlb edilməsi və onların razılığını artırmaqdır. Bəs bu yeniliklər nədən ibarətdir?

Qiymətdə də dəyişiklik var. Əgər əvvələr standart vaqonlarda gediş haqqı 15 manat təşkil edirdisə, indi 10 manat olacaq. Birinci sinif və biznes vaqonlarda isə gediş haqqı olduğu kimi qalacaq. Qatarın intervalına gəlincə isə..

Sürət qatarları bir sıra üstünlükləri ilə seçilir. Bu nəqliyyat vasitəsindən istifadə etəklə həm məsafə qısalır, həm də sərnişinlər ünvana daha komfortlu və təhlükəsiz şəraitdə çatırlar.

Daha çox xəbərlər