Bərdə rayon Babək küçəsində şəhid bulağının açılışı olub – VİDEO
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yaşadılması onların tanıdılması hər birimizin borcudur.Bərdə rayon Babək küçəsində istifadəyə verilən bulağda Qarabağımızı bizə qaytaran şəhidlərimizə göstərilən dərin hörmət və ehtiramın nümunəsidir.
Şəhidlərmizin şərəfinə ucadılmış bulaq-abidə kompleksinin açılışında rayon ictimaiyyəti, şəhid ailələri iştirak edib.
Çıxış edən tədbir iştirakçıları Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandanın sərkərdəlik qüdrətindən, döyüşlərdən, döyüşçülərin şücaətindən danışıblar.

