“Qorotdel”ə pulemyot və 145 patronu təhvil verdi
Ağdam sakini tapdığı silah-sursatı Bakı polisinə təhvil verib.
ARANTV.AZ xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində Ağdam rayon sakini Z.Zeynalov tapdığı “Kalaşnikov” markalı pulemyotu, 4 ədəd patron darağını və 145 ədəd patronu könüllü olaraq Bakı Şəhər Baş Polis İdarəsinə təhvil verib.
Araşdırma aparılır.
publika.az

