Dünya 

Qazaxıstanda koronavirusa daha 5 222 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 5 222 yoluxma halı qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 785 149-a, virusun törətdiyi fəsadlardan ölənlərin sayı isə 9 222 çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 4 938 nəfər, hazırkı dövrədək isə 667 096 nəfər sağalıb.

Daha çox xəbərlər